Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.