Hava kəskin soyudu,  qar yağdı
05 avqust 2023 22:58 (UTC +04:00)

Hava kəskin soyudu, qar yağdı

İyul ayında Apennin adalarında qeydə alınan anomal istilərdən sonra bu həftənin sonunda ölkənin şimal-şərqində havanın kəskin soyuması müşahidə olunub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir neçə saat ərzində Veneto və Trentino-Alto-Adidje dağlıq bölgələrində havanın temperaturu bir anda on dərəcə aşağı düşüb. Qar fırtınası İtaliyanın iki şimal bölgəsi arasındakı sərhəddə ən yüksək nöqtəsi Marmolada dağı olan Dolomitləri vurub.

İtaliyanın Şərqi Alp dağlarına yayın qızmar vaxtında qar yağması ilk dəfə deyil. Keçən il avqustun 15-də Brenner dağ aşırımında təxminən 1,3 min metr yüksəklikdə qar yağmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4188
avatar

Oxşar yazılar