Bakıda və Abşeron yarımadasında yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
O, qeyd edib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-də, sonra isə ayın 16-sı axşamdan 17-si səhər və gecə saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənməsi proqnozlaşdırılır:
“Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələcək və öz iqlim normasına yaxınlaşacaq”.