İyunun 25-i Yer kürəsini güclü maqnit qasırğası əhatə edəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, proqnozlara görə, bu qasırğa uzanacaq və yalnız həftənin sonuna doğru aktivlik zəifləyəcək. Belə güclü maqnit qasırğaları bir çox insanların sağlamlığının pisləşməsinə, həmçinin radio və mobil rabitənin sıradan çıxmasına səbəb ola bilər.
Bu qasırğa haqqında nə məlumdur və hansı effektiv üsullar orqanizmi qorumağa kömək edəcək?
Maqnit qasırğası proqnozu
Alimlərin fikrincə, iyunun 25-də Yer kürəsini G1-G2 (K-indeks 5-6) səviyyəli maqnit qasırğası bürüyəcək.Nahara yaxın aktivlik artmağa başlayacaq, günün ikinci yarısı isə mənfi təsir altında olacaq.
Maqnit qasırğasının pik nöqtəsi iyunun 26-da gözlənilir. Alimlərin fikrincə, aktivlik G2 (K-index 6) səviyyəsinə çatacaq.
Qasırğa yalnız cümə günü, günortadan sonra səngiməyə başlayacaq. Səhər saatlarında səviyyənin K-indeksinin 4-5 olacağı, axşama doğru isə yerli alovlanmaların və aktivliyin mülayim tufan səviyyəsinə enməsi ehtimalı var.