Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, noyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Qobustan, Siyəzən, Hacıqabul, Şirvan, Salyan, Xaçmaz, Şabran, Xızı, Daşkəsən, Ağstafa, Gədəbəy, Qazax, Samux, Göygöl, Şəmkir, Şəki, Qax, Balakən, Zaqatala, Ağdam, Yardımlı, Lerik, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Yevlax, Bərdə, Tərtər, Tovuzda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.