Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
Avqustun 3-ü səhərdən 5-i gündüzədək şimal-qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.