Bakıda və Abşeron yarımadasında dünəndən etibarən başlayan küləkli hava şəraiti nəticəsində 15 ağac aşıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Təsərrüfat Birliyindən Lent.az-a məlumat verilib.
Məlumatda bildirilir ki, güclü külək paytaxtın müxtəlif rayonlarında müxtəlif gövdəli 15 ağacın aşmasına səbəb olub.
Hadisə ilə bağlı daxil olan müraciətlərə dərhal reaksiya verilib və qurum əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək aşan ağaclar ərazilərdən götürülüb.