Göyçayda bayraq RƏZALƏTİ:  "Ən qısa zamanda həll edəcəyik" - YENİLƏNİB
28 iyul 2021 17:41 (UTC +04:00)

Göyçayda bayraq RƏZALƏTİ: "Ən qısa zamanda həll edəcəyik" - YENİLƏNİB

Göyçayın Mırtı kəndində yaşanan bayraq rəzaləti ilə bağlı Lent.az-ın yazısına rəsmi reaksiya gəlib.

Mövzu ilə bağlı kəndin bələdiyyə sədri Nazir Davudov və kənd icra nümayəndəsi Namizəd Məmmədov problemin ən qısa zamanda həll olunacağını bildiriblər.

***

saat 13.42

Göyçay rayonu Mırtı kəndində bayraq rəzaləti yaşanır.

Kənd sakinlərinin Lent.az-a bildirdiyinə görə, Vətən müharibəsinə Mırtıdan 25 gənc yollanıb. Amma indiyədək nə yerli bələdiyyə sədri Nazir Davudov, nə də kənd icra nümayəndəsi Namizəd Məmmədov onların qayğılarıyla maraqlanır.

Sakinlərin dediyinə görə, Vətən müharibəsində kənd bir şəhid də verib: Rəhim Həmidov döyüşlərdə qəhrəmanlıqla həlak olub.

Amma ən pisi odur ki, kənddə müharibə iştirakçılarının yaşadığı küçələrdə asılan Azərbaycan bayraqları belə aylardır dəyişdirilmir. Dirəkdəki bayraqlar çürüyüb gedir. Dövlətimizin rəmzi təhqir olunur. Bayraqların dəyişdirilməsi barədə bələdiyyə sədrinə, icra nümayəndəsinə dəfələrlə müraciət etsələr də, onlar problemi həll etməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7836
avatar

Oxşar yazılar