2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramlarının günləri müəyyən edilib.
Lent.az-ın məlumatına görə, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.