Gələn il üçün qorxulu PROQNOZ: Təhlükəli  anomal istilər   gözlənilir
20 iyul 2023 15:12 (UTC +04:00)

Gələn il üçün qorxulu PROQNOZ: Təhlükəli anomal istilər gözlənilir

Bu il tarixə bütün dünyada meteoroloji müşahidələr üçün ən isti il kimi düşə bilər.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yer kürəsində temperaturun aylıq təhlili onu deməyə əsas verir ki, ilin istilik “reytinqi” artıq keçib. 2023-cü ilin iyununda 1850-ci ildə qeydə alınandan bəri ən yüksək istilik səviyyəsi qeydə alınıb. İndi bu ilin ən isti il olacağı ehtimalı 81 faizdir.

Ancaq bu yalnız başlanğıcdır. İyulun əvvəlində bəşəriyyət tarixində ən isti on gün qeydə alınıb. İsti dalğalar ABŞ-ı, Avropanın əksər hissəsini, İsrail də daxil olmaqla Aralıq dənizini və Asiyanın bəzi hissələrini vurub.

Hava şəraitinə təsir edən əsas amillərdən biri Sakit okeandakı El Nino fenomenidir. Suyun səth təbəqəsi dərinliklərdə soyuq qalaraq öz temperaturunu əhəmiyyətli dərəcədə artırır (5-9 dərəcə Selsi) və bu, bütün dünyada hava şəraitinə böyük təsir göstərir. 

Vəziyyət xüsusilə temperaturun 50 dərəcə Selsi səviyyəsinə qədər yüksələ biləcəyi Avropa üçün narahatlıq doğurur. Sahara, “Tserber” kimi antisiklonların ardından quru və inanılmaz dərəcədə isti hava gətirən “Harona” kimi güclü və isti antisiklonlarla "termal partlayışlar" mənbəyinə çevrilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5502
avatar

Oxşar yazılar