Əfvdən imtina məsələsinə AYDINLIQ: Əliməmməd Nuriyev: "Yalandı"
28 aprel 2020 18:12 (UTC +04:00)

Əfvdən imtina məsələsinə AYDINLIQ: Əliməmməd Nuriyev: "Yalandı"

Aprelin 6-da prezidentin sərəncamı ilə növbəti əfv prosesi həyata keçirildi. Koronavirus pandemiyası səbəbilə baş tutan proses zamanı yaşı 65-dən yuxarı olan 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb. Ancaq mediada məhkumlardan birinin əfvdən imtina etməsi barədə məlumatlar yayılıb.

Konsitutisya Araşdırmalar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Lent.az-a bildirib ki, ölkə qanunvericiliyində əfvdən imtinaya icazə yoxdur:

“Sonuncu keçirilən əfv prosesində imtina etmək məsələsi olmayıb. Bu barədə mənim adımdan yanlış informasiya yayılıb. Qanunvericilik belə bir aktı tanımır, əfvdən imtina məsələsi mümkün deyil. Məhkum özü, qohumları, yaxud vəkili əfv üçün müraciət edir. Əks halda müraciət etməyən əfv olunmur. Belə olan halda əfv olunan şəxsin imtina etməsi məntiqə sığmır. Sonuncu əfv prosesində yaşı 65-dən yuxarı olan 80 faiz məhkum azad olundu. Bu zaman ilk növbədə məhkumların xroniki xəstəliklərinin, hərəkət etməsi üçün ikinci şəxsə ehtiyacının olub-olmaması nəzərə alındı. Bundan əlavə, davranışı, geridə qalan cəza müddəti, özünün müraciəti və digər məsələlərə də diqqət yetirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4892
avatar

Mehman Nəbiyev

Oxşar yazılar