Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Lent.az xəbər verir ki, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.