Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Lent.azın xəbərinə görə, sərəncama əsasən, “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454; 2018, № 2, maddə 311; 2020, № 5, maddə 570) 1-ci hissəsinin birinci abzasında “150” rəqəmləri “180” rəqəmləri ilə, “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilib.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.