Evdən çıxa bilməyən şəxs necə peyvənd olunur? - RƏSMİ CAVAB
14 iyul 2021 15:05 (UTC +04:00)

Evdən çıxa bilməyən şəxs necə peyvənd olunur? - RƏSMİ CAVAB

“Azərbaycanda peyvəndləməyə start verilən gündən fiziki əngəlli şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib”.

Bu barədə Lent.az-a Bakı Baş Səhiyyə İdarəsindən bildirilib:

“Fiziki əngəlli şəxs və ya yaxın adamı ərazi üzrə poliklinika (və ya sahə həkimi) ilə əlaqə saxlayır. Poliklinikadan Təcili Tibbi Yardıma məlumat verilir və sahə həkimi peyvəndi xüsusi soyuducuya yerləşdirərək, verilən ünvana gedir. Bununla da əngəlli şəxsin peyvəndlənmə prosesi baş tutur".

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) verilən məlumatda isə qeyd edilib ki, bölgələrdə məşkunlaşan fiziki əngəlli insanların peyvəndlənməsi səyyar şəkildə həyat keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2115
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar