Əsassız siqnal verənlər sürücülük hüququndan məhrum edildi
27 mart 2021 11:17 (UTC +04:00)

Əsassız siqnal verənlər sürücülük hüququndan məhrum edildi

Əsassız səs siqnallarına görə sürücülər avtomobil sürmək hüququndan məhrum ediliblər. 

Lent.az Belarus mediasına istinadla bildirir ki, bu haqda Minsk Dövlət Müfəttişliyinin mətbuat xidmətindən məlumat verilib.

Belarusun Dövlət Avtomobil Müfəttişliyinin tətbiq etdiyi yeni qaydalara görə, martın 1-dən səs siqnallarının istifadəsi qaydalarının pozulması səbəbindən 10 Belarus valyutası cərimədən 1 il sürücülük hüququndan məhrum edilməyə qədər cəza nəzərdə tutulur. 

Yeni qaydalara görə səs siqnalından yaşayış məntəqələrində yalnız yol qəzasının qarşısının alınması məqsədilə istifadə oluna bilər. 

Qeyd edək ki, sürücülük hüququndan məhrum olunan sürücülərin sayı açıqlanmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3645
avatar

Oxşar yazılar