Ermənilərin raket atəşi ilə dağıtdığı evlər bərpa olunur - VİDEO
30 oktyabr 2021 12:48 (UTC +04:00)

Ermənilərin raket atəşi ilə dağıtdığı evlər bərpa olunur - VİDEO

44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ən çox ziyan çəkmiş 11 şəhər və rayondan biri də Ağdamdır. Ümumilikdə Ağdam rayonun yaşayış məntəqələrində 32 yaşayış evi və 6 qeyri-yaşayış obyekti tamamilə dağılıb, 1750-dən çox tikiliyə zərər dəyib.

Ermənilərin yaşayış məntəqələrini atəşə tutmağı nəticəsində dağılan evlərdən biri də rayonun Üçoğlan kənd sakini Niyaməddin Allahverdiyevə məxsusdur: “Keçən il 44 günlük müharibədə ayın 4-ü mərmi düşmüşdü. Gəlib baxdım, evin qabağı dağılmışdı. Ziyanlıq çox idi. Evin damı dağılmışdı. Prezidentin tapşırığı ilə şirkət gəlib düzəltdi. Çox sağ olsunlar. Yaxşı köməklik etdilər, düzəltdik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515

Oxşar yazılar