Erməni mənbələrinin məlumatları həqiqəti əks etdirmir - Müdafiə Nazirliyi
24 mart 2022 19:25 (UTC +04:00)

Erməni mənbələrinin məlumatları həqiqəti əks etdirmir - Müdafiə Nazirliyi

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir", - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4005
avatar

Oxşar yazılar