Əlilliyə görə əmək pensiyasının təyin edilmə şərtləri nədir? - CAVAB
18 aprel 2024 11:24 (UTC +04:00)

Əlilliyə görə əmək pensiyasının təyin edilmə şərtləri nədir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əlilliyə görə pensiyanın təyin edilməsi ilə bağlıdır.

Maraqlıdır, görəsən, əlilliyə görə əmək pensiyasının təyin edilmə şərtləri nədir? 

Lent.az xəbər verir ki, əmək pensiyası təyin olunarkən  orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün ümumilikdə 5 ildən az olmayan  sığorta stajı tələb olunur. Bu zaman əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün sığorta stajı 4 ay olmalıdır.

Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün əmək pensiyası təyin olunarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda da, ümumilikdə 5 ildən az olmayan sığorta stajı tələb olunur. Bu zaman da əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması lazımdır.
Məsələn, şəxsin 40 yaşında əlilliyi müəyyən olunmuşdur.

40-15=25 (əmək qabiliyyətli yaş dövrü) 15 rəqəmi qanunun hər kəsə icazə verdiyi əmək fəaliyyətinə başlama yaşıdır.

25*4=100 ay deməli, 40 yaşında əlilliyi olan  şəxs  azı 100 ay sığorta stajına malik olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16599
avatar

Arzu Qurbanlı

Oxşar yazılar