"Əlilliklə bağlı  iki nazirlik arasında   anlaşmazlıq var" - Siyavuş Novruzov
17 noyabr 2022 19:18 (UTC +04:00)

"Əlilliklə bağlı iki nazirlik arasında anlaşmazlıq var" - Siyavuş Novruzov

“Sosial sahədə çox ciddi işlər görülür. Bu sahədə uğurlu islahatlar davam etdirilməlidir”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, müharibə veteranlarının müavinətləri artırılmalıdır: “Bu gün qalxan qiymətlərlə 80 manat uyğunlaşmır. Bu vəsait müharibə veteranlarının nəqliyyat və kommunal xərclərini ödəmir”.

Siyavuş Novruzov əlilliyin müəyyən olunması ilə əlaqədar anlaşılmazlıq mövcud olduğunu da söyləyib: “Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında anlaşmazlıq var. Ya vahid komissiya yaradılmalıdır, ya da əlilliyin müəyyənləşdirilməsi bir quruma verilməlidir”.

# 2586
avatar

Oxşar yazılar