Ekstrasens Nədim Əlixanov bir müddətdir III dünya müharibəsinin və Qarabağda III müharibənin başlayacağına dair proqnozlar verir.
Lent.az-ın xəbərinə görə, Nədim Əlixanov öz proqnozlarına o qədər inanıb ki, baş verəcək müharibələrdən yayınmaq üçün Rusiyaya köçüb. Bu barədə onun özü sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, əgər dünyada müharibə başlanarsa, yaşamaq üçün ən yaxşı yer şimal bölgəsi, məhz Nijniy Vartovsk , Tula və bir neçə başqa şəhərlər olacaq. O hazırda müharibədən qorunan Urenqoy şəhərində olduğunu bildirib.
Qeyd edək ki, ekstrasens əvvəllər 2022-ci ilin oktyabr ayında dünya müharibəsinin başlayacağını demişdi.