28.08.2025-ci il tarixində səhər saatlarında “e-Tabib” proqram təminatında normadan artıq yüklənmə səbəbindən texniki nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub.
TƏBİB-dən Lent.az-a bildirilib ki, qısa zaman ərzində texniki problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib.
Xatırladaq ki, qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə tibb müəssisələri tərəfindən müvafiq prosedurlar alternativ qaydada icra olunur və texniki problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilir.
Hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir.