Sentyabrın 3-nə olan məlumata görə, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Duman: İmişli, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvarda müşahidə olunub, görünüş 50-150 metrədək məhdudlaşıb.
Havanın temperaturu: sentyabrın 02-də Bakıda iqlim normasından 7.0° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38-40° isti, Naxçıvan MR-da 39-41°, Şərurda 42° isti, dağlıq rayonlarda 29-32° isti, aran rayonlarında 36-40°, Hacıqabulda 41° isti olub.