Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı avtomobil sahiblərinin nəzərinə çatdırır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər (Hökumət evinin yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə əlaqədar “Sahil” metrostansiyası), küçənin bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni lyuklar quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır.
Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə - Rəşid Behbudov küçəsi ilə kəsişməni keçərək düz irəlidə, Sahil metrosunun yanından Zərifə Əliyeva küçəsinə və daha sonra Azneft dairəsinə gedən yoldan istifadə etməlidirlər.
Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə Araz Əsgərli vurğulayıb.