mayor Novruz Əsgərov
09 dekabr 2020 16:30 (UTC +04:00)

mayor Novruz Əsgərov

Diplomunu Heydər Əliyev verdi, Suqovuşanda şəhid oldu - VİDEO

Mayor Novruz Ələddin oğlu Əsgərov 1980-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində doğulub. 4 qardaş bir bacı olublar. Novruz körpə yaşından 5 qızı, 1 oğlu olan Çingiz Əmisinin evində böyüyüb.

7 uşaqlı ailədə hamı ali təhsil alıb. Novruzun orta məktəb attestatında bütün qiymətləri 5 olub. Hər kəs onun hüquqşünas olacağını düşünsə də, ən yüksək balla Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. Sevdiyi hərbi məktəbi fərqlənmə ilə bitirib. Diplomunu isə 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin əlindən alıb. Daha sonra Türkiyə Cümhuriyyətində ali hərbi məktəbi bitirib.

21 il Azərbaycan Ordusuna xidmət edən kəşfiyyatçı şəhidimizin sonuncu döyüşü Suqovuşanda olub.

Bacı-qardaşı onun ad gününü, hər il olduğu kimi, yenə onsuz qeyd edir. Novruz ötən illərki ad günlərində vəzifə başında olduğu üçün gəlməyib. Bu dəfə Azərbaycanın üçrəngli bayrağına sarılaraq, şəhid olaraq gəlib. Özü də həmişəlik.

Ona atalıq edən Çingiz Quliyev körpəliyindən böyütdüyü Novruzun yoxluğuna alışa bilmir. Yeganə təsəllisi “Ən böyük arzum şəhid olmaqdır. Allah arzuma çatdırsın məni” deyən Novruzun öz arzusuna çatmaqdır: “Toyu bu evdə olub, gəlini bu evə gətirmişəm. O ev də onundur. Vətən yolunda gedib, torpaq yolunda gedib. Torpağı biz qorumasaq, kim qorumalıdır ki?”

Bacısı Esmira Quliyevanın sözlərinə görə, Novruzun ən böyük arzusu Azərbaycan torpaqlarını bütöv görmək idi: “O da oldu. Prezidentimizə təşəkkür edirəm ki, 44 günə müharibəni qurtardı, onların arzusu reallaşdı. Bundan böyük heç nə ola bilməz”.

Şəhidimizin 2 oğul övladı var. Oğlanlarından biri atasının yolunu davam etdirəcəyini bildirib. Amma hazırda qardaşı Qədirin oğlu onun yolunu davam etdirir: “Zabit qardaşı olmaq qürurlu bir işdir. Novruz 2016-cı əməliyyatlarında da iştirak edib. O, əfsanəvi bir kəşfiyyatçı olub. Hərb işi kişilik məktəbidir. Hərb işi çətindir. Mən də həmişə fəxr eləmişəm Novruzun hərbiçi olduğuna görə. Bu gün Novruzun davamçısı da var mənim böyük oğlum oda döyüşlərdə iştirak edib əmisinin yolun davam etdirir. O da kəşfiyyatçıdır, onu da öz ixtisası üzrə yönəldib”.

2783 şəhiddən biri – mayor Novruz Əsgərov, borcunuz heç vaxt ödənməz!

Diplomunu Heydər Əliyev verdi, Suqovuşanda şəhid oldu

# 2190
avatar

Oxşar yazılar