DİM-in keçdiyi imtahandakı sualda yanlışlıq olub? -  İddialara cavab
22 dekabr 2025 16:11 (UTC +04:00)

DİM-in keçdiyi imtahandakı sualda yanlışlıq olub? - İddialara cavab

0

Dövlət İmtahan Mərkəzi tərəfindən ötən gün keçirilmiş vergi orqanlarına qəbul imtahanında istifadə olunan test tapşırıqlarından birində texniki səhvin olduğu ilə bağlı iddialar var.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdən birində paylaşım edilib. 

Şikayətçilərin sözlərinə görə, suallardan birinin cavab variantları müxtəlif kitabçalarında fərqli qeyd olunub. 

“8 avqust 2025-ci il tarixində ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannaməyə əsasən, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməni nəzərdə tutan yol necə adlanır?”
Cavab variantları:
A) TRİPP (bəzi sual kitabçalarında TRİİP kimi təqdim olunub)
B) Araz dəhlizi
C) Orta dəhliz
D) TRUMP

İddialara görə, məhz bu sualdakı uyğunsuzluq səbəbindən iştirakçılar tərəddüddə qalıblar. Ona görə də sualın (*) ulduzlu hesab olunaraq, namizədlərin xeyrinə hesablanmasını tələb edirlər". 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Lent.az-ın sorğusuna bildirildi ki, məlumat doğru deyil:

"Bütün kitabçalarda TRİPP yazılıb". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar