DİM abituriyentlərə  MÜRACİƏT ETDİ
19 mart 2022 13:09 (UTC +04:00)

DİM abituriyentlərə MÜRACİƏT ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) XI sinfi bu il bitirən və ya keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 17-dək qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az-a verilən xəbərdə bildirilib ki, DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin martın 17-dək elektron ərizəsini təsdiq etməyən abituriyentlərə qeydiyyatdan keçmək üçün əlavə imkan yaradılacaq.

XI sinfi bu il bitirən bütün abituriyentlər üçün elektron ərizə qəbulu proqramı aprel-may aylarında aktiv olunacaq.

Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş abituriyentlər üçün də elektron ərizə qəbulu proqramı yenidən aktiv olunacaq. Həmin abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq.

Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə biləcəklər.

Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlərin çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda onlar da qeydiyyatdan keçə biləcəklər.

Ərizə qəbulu proqramının aktiv olunma tarixləri barədə əlavə rəsmi məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185

Oxşar yazılar

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
Kamran Əliyev yenidən Baş prokuror olacaq

Kamran Əliyev yenidən Baş prokuror olacaq

1 may 2025 , 09:24
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

1 may 2025 , 08:28
Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

Son 120 ildə ən çox müharibə edən ölkələr açıqlandı – SİYAHI

1 may 2025 , 08:08
Səssiz haray  – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

Səssiz haray – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO

1 may 2025 , 05:15
Bu gün birinci siniflərə qəbul başlayır

Bu gün birinci siniflərə qəbul başlayır

1 may 2025 , 00:01
Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

30 aprel 2025 , 22:56