Deputatdan  SƏRT İTTİHAM:   “Narkotiklərin geniş ticarət dövriyyəsi həbsxanalardadır”
05 aprel 2022 17:33 (UTC +04:00)

Deputatdan SƏRT İTTİHAM: “Narkotiklərin geniş ticarət dövriyyəsi həbsxanalardadır”

“Azərbaycanda 8 istintaq idarəsi var. Dəfələrlə buradan səsləndirilib ki, vahid istintaq idarəsi olmalıdır”.

Lent.az APA-ya  istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bu idarələr hərəsi öz metoduyla istintaq aparır: “Bu, vahid mərkəzdə birləşsə, narkotiklə mübarizəyə də şərait yaradar. Narkotik istifadəçilərinin sayı artır. Narkotiklərin qanunsuz dövriyyəsinə görə narkotik istifadəçiləri cəzaçəkmə müəssisələrinə yerləşdirilir. Narkotikdən əziyyət çəkən şəxslərin cəzaçəkmə müəssisələrinə yerləşdirilməsi problemi həll edə bilməz, əksinə, cəzaçəkmə müəssisələrinə narkotikin daşınmasına gətirib çıxarır. Narkotiklərin geniş ticarət dövriyyəsi cəzaçəkmə müəssisələrindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar