Deputat mandatı hansı hallarda ləğv edilir? - CAVAB
04 avqust 2021 11:35 (UTC +04:00)

Deputat mandatı hansı hallarda ləğv edilir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu deputat mandatının ləğv edilməsi ilə bağlıdır.

Xəbər verildiyi kimi, avqustun 2-də Milli Məclisin növbədənkənar iclasında polisi döyməkdə təqsirləndirilən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verildi. Elə həmin gün E.Səlimov saxlanılaraq, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi.

KİV və sosial şəbəkələrdə toxunulmazlığı ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilən E.Səlimovu sabiq deputat kimi təqdim etdi. Lakin toxunulmazlığın ləğv edilməsi E.Səlimovun mandatdan məhrum edilməsi anlamına gəlməməlidir. O, hazırda da Milli Məclisin deputatı statusunu daşıyır.

Bəs görəsən cinayətdə ittiham olunan E.Səlimovun deputat mandatı hansı halda ləğv edilə bilər?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev cavab verib.

Şamil Paşayev bildirib ki, Milli Məclisin deputatının mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiyada müddəalar var:

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev

“Konstitusiyanın 89-cu maddəsində göstərilir ki, deputat cinayət törətdikdə və məhkəmənin qüvvəyə minmiş qanuni hökmü olduqda o, deputatlıqdan məhrum edilir. Həmin müddəa Milli Məclisə Seçkilər Haqqında qanunun 83-cü maddəsində də eynilə göstərilib. Həmin məcəllənin 84-cü maddəsinə görə isə bu məsələ mübahisəli olduqda işə Ali Məhkəmədə baxılır. Yəni, deputatın mandatından məhrum edilməsi işinə baxılması Ali Məhkəmənin səlahiyyətində olur.

Əgər deputat müxtəlif səbəblərdən mandatdan imtina edərsə bu zaman məsələ baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837
avatar

Mehman Nəbiyev

Oxşar yazılar