Qubada evlərdən 60 min manatlıq oğurluq edən  saxlanıldı
20 oktyabr 2025 12:02 (UTC +04:00)

Qubada evlərdən 60 min manatlıq oğurluq edən saxlanıldı

0

Qubada evlərdən silsilə oğurluqların edilməsi barədə polisə zərərçəkənlərdən şikayətlər daxil olub.

Lent.az xəbər verir ki, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Roman Məmmədşahov saxlanılıb. 

Araşdırmalarla onun müxtəlif evlərdən 10 min manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və 7370 dollar oğurladığı müəyyən edilib. R.Məmmədşahovdan oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Məmmədşahovun barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar