Bakının daha bir küçəsində sürət həddi endirilib.
Bu barədə Lent.az-a Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Avqustun 28-dən paytaxtın Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş olunur.