İranın molla rejiminə xidmət edən daha bir axund işdən çıxarılıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Corat məscidinin imamı Hacı Sahib Məmmədov da tutduğu vəzifədən azad edilib. Onun da işdən çıxarılan digər axundlar kimi İranın molla rejiminə xidmət etdiyi iddia olunur.
Qeyd edək ki, bu gün Xırdalan və İmişli rayon məscidlərinin axundları da tutduqları vəzifələrdən kənarlaşdırılıblar.