Daha 18 əyalətdən gələn bu məhsullara QADAĞA QOYULDU
09 iyul 2021 15:46 (UTC +04:00)

Daha 18 əyalətdən gələn bu məhsullara QADAĞA QOYULDU

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan Lent.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnamın Hai Duonq, Lanq Şon, Nam Din, Nin Bin, Dak Lak, Hanoy, Ha Qianq, Ha Nam, Ha Tin, Yen Bay, Tay Nquyen, Tay Bin, Kxan Hoa, Kon Tum, Hay Fonq, Donq Tap, Kao Banq və Hoa Bin əyalətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Vyetnamın əyalətlərində yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqların ölkə ərazisinin əksər hissəsini əhatə etməsi nəzərə alınaraq, həmin ölkədən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Vyetnamdan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856

Oxşar yazılar

Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20
Sabah hava bir az sərin  olacaq

Sabah hava bir az sərin olacaq

22 iyul 2025 , 19:08
Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti - PROQNOZ

Sabah çimərliklərdə gözlənilən hava şəraiti - PROQNOZ

22 iyul 2025 , 18:19