Koronavirus infeksiyasının yayılmasından bəri elm adamları SARS-CoV-2-nin mövsümi bir xəstəlik olub-olmadığını müzakirə etməyə davam edirlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, yay aylarında yoluxma səviyyəsinin həm aşağı düşəcəyi, həm də bu nəzəriyyəni təkzib edən fikirlər də var idi. Amma indi bu mübahisə bitib.
Koronavirus infeksiyasının dünyada yayılmasının ətraf mühit amilləri ilə izah edilə bilməyəcəyi müəyyən edilib. Bu prosesə əhalinin sıxlığı, profilaktik tədbirlərə riayət olunması və s. təsir edir.
Elm adamları, qrip kimi, COVID-19-un qışda mülayim iqlim olan ölkələrdə (Kanada, Almaniya, Çili) zirvəyə çatdığını aşkar ediblər.
Tropik ölkələrdə ən yüksək yoluxma yay mussonları zamanı baş verir.
Mütəxəssislər bu amillərin qrip və COVID-19 xəstəliklərinin mövsümiliyini tam izah etmədiyini irəli sürürlər.
Müxtəlif iqlim zonalarında mövsümi radiasiya və ADC səviyyələrinin müşahidələri hər şeyi aydınlaşdırmağa kömək edib.