Son günün statistikası: 167 nəfər sağaldı,  124 nəfər yoluxdu,  2 nəfər öldü
17 avqust 2020 17:41 (UTC +04:00)

Son günün statistikası: 167 nəfər sağaldı, 124 nəfər yoluxdu, 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, aktiv xəstə sayı 1 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, ötən müddət ərzində isə ümumilikdə 836 908 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3853
avatar

Oxşar yazılar