Nazirlik: "Məhkumlar arasında koronavirusa yoluxma halları..."
30 aprel 2020 18:12 (UTC +04:00)

Nazirlik: "Məhkumlar arasında koronavirusa yoluxma halları..."


Azərbaycanda məhkumlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bu gün təşkil edilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərarəti olan məhkumlar koronavirus testindən keçirilib və onların heç birində virus aşkarlanmayıb.

A. Sabitova qeyd edib ki, Ədliyyə Nazirliyinin əməkdaşları və məhkəmə hakimləri arasında da koronavirusa yoluxma faktı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2745
avatar

Oxşar yazılar