Koronavirus statistikası: 101 nəfər sağaldı, 530 nəfər yoluxdu, 3 nəfər öldü
15 oktyabr 2020 15:04 (UTC +04:00)

Koronavirus statistikası: 101 nəfər sağaldı, 530 nəfər yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.

Ölkədə son sutka ərzində 8054, hazırkı dövrədək isə 1201924 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar