Gecə kabusu: Xoruldama nədən yaranır?
17 may 2020 09:10 (UTC +04:00)

Gecə kabusu: Xoruldama nədən yaranır?

Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərov e-tibb.az üçün yazdı:


Gecə yuxusunun pozulması, ağızda quruluq, iştahanın pozulması, baş ağrıları, gün ərzində yuxululuq kimi şikayətlərə yol açan, bəzi hallarda ailələrdə narazılığa belə səbəb olur xoruldama. Bu narahatçılıqla özümüz və ya yaxınlarımız ömürlərində ən azı bir neçə dəfə rastlaşıb. Səbəblər çox müxtəlif olmaqla bərabər əksər hallarda tənəffüs yolları ilə birbaşa əlaqəlidir.

Xoruldama mövzusuna girmədən öncə sağlam, düzgün burun tənəffüsü haqqında bəhs etmək lazımdır. Düzgün burun tənəffüsü, tənəffüs yollarına daxil olan havanın nəmlənməsini, toz hissəciklərindən təmizlənməsini, isinməsini və bəzi aktiv maddələrin mənimsənilməsini təmin edir. Eyni zamanda burun və burunətrafı boşluqlar vasitəsilə bəzi samitlərin tələffüzü həyata keçirilir.

Bəs xoruldama zamanı nə baş verir? Burun dəlikləri səviyyəsində darlıq, burun arakəsməsi əyriliyi, burun qığırdaqlarında zəiflik, balıqqulaqlarının böyüməsi, burun boşluğunda yenitörəmələr və s. kimi hallarda hava sütunu daha çox burulmalara məruz qalır ki, bu turbulent (burulğanlı) axın yumşaq damaq səviyyəsinə kimi rahatlamır və nəticədə yumşaq damaq və dilçəyin vibrasiyalarına səbəb olur. Ayrıca, çətinləşmiş tənəffüs nəticəsində oksigen azlığı (hipoksiya) inkişaf edir ki, bu  da öz növbəsində ağızın açılması ilə nəticələnir. Açıq ağız, rezonator funksiyası oynamaqla xarakterik vibrator hərəkətə güvvətli səs qazandırmaqla xoruldama kimi adlandırdığımız təzahürə yol açır.

Artıq çəkili insanlarda bu mexanizm bir qədər fərqli təzahür edir, lakin nəticə etibarilə yenədə xoruldamaqla nəticələnir. Xoruldamağa, eyni zaman, bir neçə endokrin xəstəliklər, ağciyər xəstəlikləri, onurğa əyrilikləri, ürək-qan damar xəstəlikləri və s. səbəb ola bilər.

Xoruldama, həm də yuxu apnoesi kimi tanınan xəstəliyin əlamətidir. Yuxu apnoesi, yuxuda 10 saniyədən çox tənəffüsün dayanmasıdır. Bu halda, qanda oksigen miqdarı düşür ki, bu da öz növbəsində həyati təhlükəli hadisədir. Qəfləti, yuxu ölümlərinin bir qismi bəhs bu patologiya əsnasında baş verir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6052
avatar

Oxşar yazılar