Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.