Bu uşaqlar doğularkən uduzur  - Psixoloqdan reaksiya
26 may 2025 15:03 (UTC +04:00)

Bu uşaqlar doğularkən uduzur - Psixoloqdan reaksiya

“Doğulduğun ev qədərindir” deyirlər. Amma biz nə doğulacağımız evi, nə də o evin içində bizi qarşılayacaq insanları seçə bilirik. Heç kim soruşmur bizdən: “Kimin övladı olmaq istəyərsən?”

Bəziləri doğulandan körpələr evinə verilir, bəziləri küçəyə atılır. Kimisi zorakılığın ortasında doğulur, kimisi də sevgi və şəfqət içində böyüyür. Amma ən acı həqiqətlərdən biri də bu dünyaya azyaşlı bir ananın övladı olaraq gəlməkdir.

Təkcə ötən ilin rəsmi statistikası göstərir ki, 1279 uşaq azyaşlı analar tərəfindən dünyaya gətirilib. Bu, sadəcə rəqəm deyil. Hər biri bir tale, bir həyat, bir uşaq deməkdir. Bu körpələr üçün həyat bəzən daha doğulmadan çətinliklərlə başlayır. Anası özü hələ uşaqkən, bir uşaq dünyaya gətirir. Hansı ki, o, buna nə fiziki, nə də psixoloji olaraq buna hazır deyil.

Bəs bu uşaqların həyatı necə keçir? Onlar da azyaşlı anaları kimi vaxtından əvvəl böyüməyə məcbur qalırmı? Həyatları da doğumları kimi “vaxtsız” olub keçib gedirmi?

Lent.az-a açıqlama verən tanınmış psixoloq Nizami Orucov qeyd edib ki, erkən nikahdan doğulan uşaqlarda davranış pozuntuları görülür:


“Psixoloq kimi təcrübəmdə bu cür hallara rast gəlmişəm və müşahidələrim nəticəsində onu deyə bilərəm ki, azyaşlı anadan doğulan uşaqlar çox zaman emosional qayğıdan, təhlükəsizlik hissindən və sağlam rol modelindən məhrum böyüyürlər. Ana özü hələ inkişaf mərhələsində olduğu üçün, övladına psixoloji dayaq ola bilməmək riski yüksəkdir. Bu da uşaqda özgüvən əksikliyi, davranış pozuntuları və dəyərsizlik hissinə səbəb ola bilər.

Bu, təkcə bir ailənin deyil, cəmiyyətin problemidir. Erkən nikah və analığın qarşısını almaq üçün maarifləndirmə, psixoloji dəstək və təhsilin rolu əvəzsizdir. 

Unutmayaq ki, bir uşağın uşaqlığı əlindən alınanda, o, başqasının uşaqlığını da tam yaşada bilmir”,-deyə N.Orucov vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29