Ramiz Mehdiyevin bu əmlakları  əlindən alınır - SİYAHI
15 oktyabr 2025 15:28 (UTC +04:00)

Ramiz Mehdiyevin bu əmlakları əlindən alınır - SİYAHI

0

Ev dustaqlığına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər.

Lent.az haqqın.az-a istinadla bildirir ki, açıq mənbələrə görə, Mehdiyevə aşağıdakı əmlaklar aid edilir: Novxanıda yerləşən üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları, o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar sahə.

Bundan başqa, Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq qeydiyyatdadır. Ailənin nəvəsi Nigar Mehdiyeva 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş Media FM radiostansiyasının sahibi olan Digital Media MMC-də paya sahibdir.

Kamilə Əliyevaya İstiqlaliyyət küçəsi, 11 ünvanında yerləşən mənzil məxsusdur: həmin ünvan İnfonet MMC və Caspian Telekom MMC-nin hüquqi ünvanıdır. Bundan əlavə, Mehdiyevə Dilarə Əliyeva küçəsi, 251A ünvanında bir sıra obyektlər, o cümlədən Topaz və Qala-R.L Mənzil Tikinti Kooperativləri (MTK), NLT MMC və Premium Store MMC aid edilir. 

Siyahıda həmçinin NLT, Servis, Grand Palace, Astoriya, Astoriya Tibb Mərkəzi MMC (2020-ci ildən — German Hospital) və 2014-cü ildə açılmış, sahəsi 5 min m²-dən çox olan Qrandezza Ticarət Mərkəzi MMC qeyd olunur.

Həmçinin 50 milyon manat nizamnamə kapitalı olan BTB ASC bankının 75%-i Mehdiyevin nəvəsinə məxsusdur. O, eləcə də BTB Lizinq ASC və BTB Kapital İnvestisiya Şirkəti ASC-nin təsisçisidir.

Bundan başqa, Ramiz Mehdiyev Əhmədli qəsəbəsində yerləşən Şərq-Qərb nəşriyyatı ilə əlaqələndirilir. Həmin ərazidə agentliyin binasında 408 mənzilli 16 mərtəbəli yaşayış binası və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər arasında Şərq-Qərb Nəşriyyat Evi MMC və Qlobal East West MMC göstərilir.

Ailəyə həmçinin “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa aid edilir: Bakıda Tbilisi prospektində (36 sot, satış qiyməti 8 milyon dollar), həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evləri.

Qeyd edək ki, Ramiz Mehdiyevin ittiham olunduğu maddələr təqsirləndirilən şəxsin əmlaklarının müsadirə olunmasını da nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1376

Oxşar yazılar