Bu qrupda 4 min nəfər universitetə  qəbul olmayacaq - Ekspertdən TƏKLİF
24 avqust 2021 12:02 (UTC +04:00)

Bu qrupda 4 min nəfər universitetə qəbul olmayacaq- Ekspertdən TƏKLİF

“Artıq 4 ildən çoxdur ki, ali məktəblərə qəbul imtahanlarından sonra 3-cü ixtisas qrupu abituriyentlərinə ciddi haqsızlıq edilir. Düzdür, 2022-ci ildə bu problemin həllinə nail olacağıq, amma bu il üçün əməli tədbir görülməlidir”.

Lent.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabındakı paylaşımında bildirib. Ekspert təklif edir ki, 3-cü qrup üzrə ali məktəblərə qəbul ola bilməyən abituriyentlərə 2-ci qrup üzrə ixtisasları 2-ci turda, boş qalan plan yerlərinə seçmək imkanı verilməlidir.

Təhsil eksperti Kamran Əsədov

“Bu il üçüncü qrup üzrə təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır. Belə ki, 16 min 567 abituriyent 12 min 853 yer üçün mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək. İkinci qrup üzrə isə 13 min 642 yer üzrə cəmi 8 min abituriyent mübarizə aparır. Bu qrupda 5 mindən çox plan yeri boş qalacaq. Təhsil Nazirliyi onsuz da yaz və payız sessiyasından sonra tələbələrin köçürülməsi zamanı 3 cü qrup abituriyentlərinə 2-ci qrupu seçmək imkanı verir. Deməli, indi də 3-cü qrup üzrə ali məktəblərə qəbul ola bilməyən abituriyentlərə 2-ci qrup üzrə ixtisasları 2-ci turda, boş qalan plan yerlərinə seçmək imkanı verilməlidir. Bu həm tələbələrin xaricdə təhsil almasının qarşısını almaq, həm də universitetlərin də iqtisadi vəziyyəti üçün vacibdir. 2-ci qrup üzrə azı 5 min olan yeri boş qalacaq. Bu da azı 12.500.000 min manat vəsait itkisidir ki, həmin vəsait də universitetlərin iqtisadi inkişafına maneə yaradır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar