Bu qadınların sosial müavinəti  ARTIRILDI
20 dekabr 2021 11:45 (UTC +04:00)

Bu qadınların sosial müavinəti ARTIRILDI

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.

Lent.azın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar