Qubanın Xınalıq kəndinə qar yağıb.
Lent.az-ın məlumatına görə, kəndə axşam saatlarından qar yağmağa başlayıb.
Gecə ərzində yağan qar nəticəsində Xınalıq kəndi ağ örpəyə bürünüb. Məlumata görə, dəniz səviyyəsindən hündürlükdən yerləşən kənddə qarın hündürlüyü artıq 9-10 santimetrə çatıb.
İntensiv yağıntı hələ də davam edir.