Bu il neçə nəfərin əlillik müddəti bitib? - CAVAB
29 dekabr 2021 14:41 (UTC +04:00)

Bu il neçə nəfərin əlillik müddəti bitib? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu nə qədər insanın əlillik müddətinin bitməsi ilə bağlıdır.

Bu il nə qədər insanın əlillik müddəti bitib?

Lent.az-ın sualını Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov cavablandırıb.

O bildirib ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin dayandırılması həyata keçirilməyib:

"190 mindən artıq şəxsin əlillik müddəti bitib. Həmin şəxslər təkrar müayinədən keçərək əlilliklərini bərpa edə bilərlər. Təkrar əlillik müddəti təyin olunduqdan sonra şəxs pensiya müddəti bitəndən növbəti əlillik təyinatına qədər olan müddət üçün də pensiya alır. Hələ ki, əlillik müddətlərinin bitməsi ilə bağlı müraciətlər davam edir. Bu səbəbdən əlilliklə bağlı dövlət büdcəsinə nə qədər vəsaitini ödənilməsi ilə bağlı rəqəmlər yəqin ki, gələn ilin aprel-may aylarında açıqlana bilər".

# 5358
avatar

Aytəkin Cəlali

Oxşar yazılar