Bu il 30 min nəfər  universitetə qəbul ola bilməyəcək - SƏBƏB
20 iyun 2025 17:33 (UTC +04:00)

Bu il 30 min nəfər universitetə qəbul ola bilməyəcək - SƏBƏB

“Bu il 30 mindən çox namizəd universitetə qəbul ola bilməyəcək”.

Bu sözləri Lent.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) deyib.

Ekspert bildirib ki, bu il ən çox rəqabət I və III ixtisas qruplarında olacaq:

“I və III qruplara müraciət edən abituriyentlərin sayı kifayət qədər çoxdur. Amma müraciətlərlə plan yerləri arasındakı fərqə baxanda, ən gərgin vəziyyətin III ixtisas qrupunda olduğunu görə bilirik. Həmin qrupda təxminən 15 min plan yeri uğrunda 218 min abituriyent mübarizə aparır. O cümlədən I ixtisas qrupunda 20 min plan yerinə təxminən 31 min abituriyent sənəd verib. 

Hər iki ixtisas qrupunda yüksək bal toplayan abituriyentlər çox olduğu üçün tədris ingilis dilində, o cümlədən prestejli ixtisaslara keçid ballarının artımı ola bilər.

IV ixtisas qrupunda vəziyyət ötənilki ilə müqayisədə rəqabətlidir. Amma bununla yanaşı plan yerlərinin sayı da artıb. İxtisaslar üzrə ötən il və ondan əvvəlki il formalaşmış keçid ballarında müvafiq olaraq enmə və artma müşahidə olunacaq. 

V ixtisas qrupuna müraciət edən abituriyentlərin sayı çoxdur. Burada da  müsabiqədən kənarda qalan abituriyentlərin çoxluğunu görəcəyik. 

Bu il mülki ali təhsil müəssisələrinə 60 min 400-dən çox, xüsusi təyinatlı ali təhsil müəssisələrinə isə 2511 plan yeri ayırılıb. Ümumilikdə müraciət edən abituriyent sayı 92 min nəfərə yaxındır. Nəticə etibarı ilə 30 mindən çox abituriyentin universitetə qəbul olmayacağını proqnozlaşdıra bilərik. Onların da böyük əksəriyyəti ardıcıl olaraq, III,I,V,II və IV qrupa sənəd verən namizlədlər olacaq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar