Bu əcnəbilər Azərbaycana buraxılmayacaq
03 may 2021 19:44 (UTC +04:00)

Bu əcnəbilər Azərbaycana buraxılmayacaq

“Özünütəcrid barədə bəyannamə”ni təqdim etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaqlar.

Lent.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin mayın 1-də “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar”da dəyişiklik edilməsi barədə” qərara verdiyi izahda əksini tapıb.

Qeyd olunub ki, Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin ediləcək və Azərbaycana gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verəcəklər.

Sərhəd nəzarətindən keçərkən həmin Bəyannaməni təqdim etməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınacaq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Oxşar yazılar