Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu boşandıqdan sonra əmlak bölgüsü tələb etməklə bağlıdır.
Boşanma zamanı heç bir əmlak bölgüsü tələb edilmədiyi halda bir neçə sonra əmlakın bölünməsi üçün müraciət etmək olarmı?
Lent.az xəbər verir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Yəni 3 il ərzində iddia qaldırmaq mümkündür.