"BE-200ÇS" tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov
05 avqust 2021 07:25 (UTC +04:00)

"BE-200ÇS" tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov

Bort-mühəndis təlimatçısı: “Türkiyədə yanğının söndürülməsində hər bir vəziyyətə hazırıq”

Prezident İlham Əliyevin tapşırığına əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrup meşə yanğınlarının söndürülməsi üçün Türkiyə Respublikasına yola düşür.

APA xəbər verir ki, FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşən "BE-200ÇS" tipli amfibiya təyyarəsinin bort-mühəndis təlimatçısı Cavid Qəhrəmanov deyib.

C.Qəhrəmanov bildirib ki, təyyarəyə texniki baxış səbəbindən 1 günlük Azərbaycana dönüblər, yenidən Türkiyədə yanğınların baş verdiyi dağlıq-meşə ərazilərində fəaliyyətləri davam edəcək: “Bildiyiniz kimi, bir neçə gündür ki, Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edirik. Bu gün yenidə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Bort-mühəndis təlimatçısı əlavə edib ki, yanğının söndürülməsinə qədər qardaş ölkədə fəaliyyət göstərəcəklər: “Hazıda Dalaman bölgəsi ərazisində yanğınların söndürülməsinə cəlb edilmişik. Yanğının istiqamətindən asılı olaraq, məkanın dəyişdirilməsi mümkündür. Türkiyədə yanğının söndürülməsində hər bir vəziyyətə hazırıq”.

Qeyd edək ki, bu gün FHN-in Türkiyəyə yola düşəcək yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

Oxşar yazılar