Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu bələdiyyə sənədi ilə daşınmaz əmlaka kupça alınmasıdır.
Ən çox verilən suallardan və müzakirə olunan məsələlərdən biri bələdiyyə sənədi ilə əldə olunan torpaqlara kupça alınmasıdır. Bakı və ətraf kəndlərdə belə sənədli torpaqlar kifayət qədərdir. Bəs görək, həmin bələdiyyə sənədləri ilə əldə olunan torpaqlara qanunvericiliyə əsasən, kupça almaq olurmu?
Rubrikamızın sualını “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavablandırıb. O bildirib ki, əgər həmin sənədlər 2007-ci ilə qədər verilibsə kupça almaq olar.
Ətraflı məlumat üçün videonu izləyin: