Bayramda ən çox harda istirahət etdilər?
05 yanvar 2022 15:42 (UTC +04:00)

Bayramda ən çox harda istirahət etdilər?

"İstirahət günlərində Azərbaycanın turistik məkanlarında aktivlik və sıxlıq müşahidə edildi. Həm regionlardan Bakıya gələn, həm də paytaxtdan regionlara gedən insanlar oldu. Bayram günlərində ölkəmizə xarici turistlər də səfərlər ediblər"

Bu sözləri Lent.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. O bildirib ki, ən populyar istiqamətlər ənənəvi turistik dəhlizlər üzərində olub:

“Bunlar Bakı-şimal, Bakı-şimal-qərb, Bakı-qərb, Bakı-cənub istiqamətləri və Naxçıvan turistik destinasiyası olub. Daha çox sıxlıq Quba, Qusar, Şahdağ, Tufandağ, Qəbələdə müşahidə edilib.

Azərbaycana 65 ölkənin vətəndaşları hava yolu ilə səfərlər edə bilərlər. Müəyyən dərəcədə prioritet bazarlarımız olan ölkələrdən də Azərbaycana həmin ölkənin vətəndaşları və rezidentləri aktiv səfərlər ediblər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17586
avatar

Aytəkin Cəlali

Oxşar yazılar